“Şanqri-La dialoqu”:ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri Şimali Koreyanı müzakirə edəcək

31-05-2019, 00:00           
“Şanqri-La dialoqu”:ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri Şimali Koreyanı müzakirə edəcək
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə Şimali Koreyanın nüvə silahının ləğvi məsələsini müzakirə edəcək.

ABŞ Dövlət Departamenti S.Biqenin mayın 31-dən iyunun 2-dək Sinqapurda Asiyanın təhlükəsizliyinə həsr edilən “Şanqri-La dialoqu” adlı görüşdə iştirak edəcəyi barədə məlumat yayıb. Bildirilir ki, həmin tədbirdə S.Biqen Yaponiyadan və Cənubi Koreyadan olan yüksəkvəzifəli rəsmilərlə görüşəcək.

Həmin rəsmi şəxslərin Yaponiya XİN-in Asiya və Okeaniya İşləri Departamentinin rəhbəri Kenci Kanasuqi və Cənubi Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Li Do Xun olacağı qeyd edilir.

Görüş zamanı onların Şimali Koreyanın nüvə silahının tam ləğvı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru