Məkkədə İslam Əməkdaşlıq Təşkilatının sammiti işə başlayıb

1-06-2019, 07:13           
Məkkədə İslam Əməkdaşlıq Təşkilatının sammiti işə başlayıb
İslam Əməkdaşlıq Təşkilatının növbəti, 14-cü sammiti Məkkədə işə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, dövlət rəhbərləri, hökumətlərin və xarici işlər nazirliklərinin başçıları, bu beynəlxalq struktura 57 üzv dövlətin rəsmi şəxsləri Məkkədə toplaşıblar. Sammitdə müsəlman ölkələrinin həlli vacib olan problemləri, böhranlar, regional münaqişələr, çağırışlar, iqtisadi, sosial və mədəni inkişaf məsələləri müzakirə ediləcək.

Beynəlxalq toplantıda Suriyada, Yəməndə və Liviyada yaranmış vəziyyət, Sudanda və Əlcəzairdə keçid dövrləri, İran mövzusu, həmçinin müxtəlif ölkələrdə müsəlman azlıqların problemləri və digər məsələlər diqqət mərkəzində olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru