Yaponiyanın müdafiə naziri Çinə səfər etməyi planlaşdırır
2-06-2019, 09:17
Yaponiya müdafiə naziri Takesi Iveya ölkələr arasında əlaqələri möhkəmləndirmək üçün razılaşmanın bir hissəsi olaraq ilin sonunadək Çinə səfər etməyi planlaşdırır.
"Report" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli qəzet Yomiuri Shimbun məlumat yayıb.
Bildirilir ki, bu, Yaponiya müdafiə nazirinin 2009-cu ilin mart ayından etibarən Çinə ilk səfəridir. Səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.