Almaniyada qəhrəman türkiyəlinin adı öldüyü metro stansiyasına verildi – FOTO
14-06-2019, 00:07
Almaniyada bir nəfərin həyatını xilas edərkən öz canından olan 17 yaşlı türkiyəli tələbə Mustafa Alptuğ Sözenin adı Frankfurt şəhərində metro stansiyasına verilib. AzEuroNews.com xəbər verir ki, ötən gün təşkil olunan tədbirə Frankfurt bələdiyyəsinin başqanı Peter Feldman, Almaniya Dəmir Yollarının Hessen əyalətindəki idarəsinin rəhbəri Flaus Vornhusen, baş konsul Burak Karartı və mərhumun ailə üzvləri qatılıblar. Çıxış edənlər bildiriblər ki, M.Altpuğ gələcək nəsillərə örnək bir qəhrəmandır.
Dövlət rəsmiləri bir daha Altuğun ailəsinə başsağlığı veriblər.
Məlumat üçün bildirək ki, 7 yaşlı türkiyəli tələbə Mustafa Alptuğ Sözen 7 ay öncə dərsdən çıxıb evə gedərkən metro stansiyasında reyslərin üzərinə yıxılan birini görüb. Tez ona kömək edərək platformaya qaldıran M.Alptuğu stansiyaya yaxınlaşan qatarın maşinisti görməyib və onu əzib.
Hadisə yerinə çağırılan təcili tibii yardım həkimlərinin müdaxiləsinə baxmayaraq 17 yaşlı gənc həyata gözlərini yumub.