Donald Tramp: "Sara Sanders Ağ Evi ayın sonunda tərk edəcək"
14-06-2019, 00:22
BŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsini iyunun sonunda tərk edəcək.
"Report" xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.
"Üç il yarımlıq işdən sonra bizim görkəmli Sara Sanders Ağ Evi tərk edəcək və böyük Arkanzas ştatındakı evinə gedəcək", - deyə Tramp bildirib.
Dövlət başçısı mətbuat katibinə işinə görə təşəkkür edib. Donald Tramp Sara Sandersin Arkanzas ştatının qubernatoru vəzifəsi uğrunda mübarizə aparacağına ümid etdiyini bildirib.
Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, Donald Tramp ABŞ-ın bütün tarixi ərzində istənilən başqa prezidentdən daha çox İsrailin xeyrinə hərəkət edir.