Şimali Koreyada aclıq fəlakət həddinə çatıb: 60 min uşaq ölüm təhlükəsindədir

14-06-2019, 07:42           
Şimali Koreyada aclıq fəlakət həddinə çatıb: 60 min uşaq ölüm təhlükəsindədir
Şimali Koreyada əhalinin böyük hissəsi acınacaqlı vəziyyətdə yaşayır. Ölkə rəhbərliyi isə daha çox nüvə silahı haqda düşünür.
Bizimyol.info xəbər verir ki, Şimali Koreyada azı 10 milyon insan doyunca yemir. Cənubi Koreya soydaşlarına maksimum kömək etməyə çalışır. Bu həftənin sonuna qədər 8 milyon dollarlıq yardım olacaq.

Uzun müddət ABŞ belə kampaniyalara mane yaradıb. Amma Cənubi Koreya prezidenti Mun Çje İnin bu ölkəyə səfəri ortamı bir az yumşaltdı. ABŞ prezidenti Donald Tramp dedi ki, cənubluların şimallılara köməyinə pis baxmır.

Donald Tramp
10 milyon insan Şimali Koreya əhalisinin 40 faizi deməkdir. Uşaqların vəziyyəti lap ağırdır. Hər dörd uşaqdan biri qarnını doyura bilmir. 60 min şimalikoreyalı azyaşlı ölüm təhlükəsi ilə üz-üzədir.

UNİCEF Şimali Koreya üçün 19,5 milyon dollarlıq yardım tapmağın yollarını axtarır. ABŞ-ın yaşıl işıq yandırmasından sonra bir çox humanitar missiyalar KXDR-də işləməyə meyllidir.

Şimali Koreyada insanlar heç vaxt yaxşı yaşamayıb. Amma son illər vəziyyət lap pisləşib. 1917-ci ildən bəri ilk dəfə yağışların bu qədər az olması, quraqlıq çətin sosial mənzərə yaradıb. Üstəlik, sanksiyalar da şimalikoreyalıları əldən salıb.

Şimali Koreyada aclıq çəkən uşaqlar / Foto: express.co.uk
Cənubi Koreyanın “JoongAng Ilbo” qəzetinin yazdığına görə, hələ keçən ilin yayında Şimali Koreya lideri Kim Çen In Çinin rəhbəri Si Tszinpindən dəyəri 1 milyon dollar olan 1100 ton düyü istəmişdi. Bu ilin fevralında koreyalılar ruslara 50 min ton buğda üçün ağız açmışdı. Üstəlik, Vyetnamdan 300 min ton qida məhsulları borc alıblar.
bizimyol












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.