Zelenskidən Donbasla bağlı GÖZLƏNİLMƏZ BƏYANAT

17-06-2019, 00:33           
Zelenskidən Donbasla bağlı GÖZLƏNİLMƏZ BƏYANAT
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, yaxın zamanlarda Donbas regionunun infrastrukturuna investisiyalar yatırılacaq.

Bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Mariupolda iş adamları və gənclərlə görüşən Zelenski bildirib ki, Donbasa investisiyaların yatırılması məsələsini bütün xarici sərmayədarlarla müzakirə edir. O qeyd edib ki, hazırda islahat xarakterli qanun layihələri üzərində iş aparılır. Həmin qanun layihələri ölkədə kiçik və orta biznesin inkişafına yardım etməlidir.

“Hakimiyyət nə edə bilər? Hakimiyyət yalnız kömək edə bilər. İslahatların əsas məqsədi “smartfonda dövlət”in yaradılmasıdır”, - deyə Zelenski vurğulayıb. \\Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru