Netanyahunun həyat yoldaşı məhkum oldu – Sara Netanyahu cinayətini qəbul etdi

17-06-2019, 06:18           
Netanyahunun həyat yoldaşı məhkum oldu – Sara Netanyahu cinayətini qəbul etdi
İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu, dövlətin təmin etdiyi səhmləri bahalı yemək ziyafətlərinə xərclənməkdə ittiham olunduğu məhkəmədə məhkum olub. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, istintaqı aparan prokurorlarla anlaşma yoluna gedən Netanyahu, cinayətini qəbul edib və 50 min dollarlıq maddi təzminat ödəmək zorunda qalıb.

Bu məhkumiyyətlə uzun müddətdir mübahisəsi gedən prosesdə son nöqtə qoyuldu. Amma İsrailin baş naziri Binyamin Netanyahunun mərkəzində olduğu bir rüşvət istintaqında isə prosedur davam edir. Netanyahu, baş nazirliyini yekunaşdıra biləcək, hətta həbsə girməsinə səbəb ola biləcək o istintaqda ittihamları rədd edir.

Sara Netanyahu nə ilə ittiham olunurdu?

Ədalət Nazirliyinə görə, Netanyahu baş nazirlik ofisində aşbaz olmadığını iddia edərək, yüzlərlə yemək üçün kənardakı şirkətlərə verdiyi sifarişləri dövlət büdcəsindən ödədib.

2010-2013-cü illər arasında aşbaz olmasına baxmayaraq, Netanyahu cütlüyünün və qonaqlarının bu yeməklərdən yararlandığı iddia edilir. Prokurorlar bu səbəbdən dövlətin 100 min dollar yaxın zərərə uğradılıdığını iddia edirdi.

Prosesin prokuroru Erez Padan isə mövzu ilə bağlı aşağıdakıları deyib: “Hər anlaşmada iki tərəf də bəzi addımlar atırlar. Bu məhkəmənin bu şəkildə nəticələnməsi xalqın xeyrinə oldu”.

Sara Netanyahunun vəkili Yossi Cohen isə müvəkkilinin illərlə davam edən istintaqa görə cəmiyyət qarşısında təhqir olunduğunu dedi və “sızdırmalar” ucbatından hüquqi proseduru tənqid etdi.

60 yaşındakı Sara Netanyahu daha öncə də rəsmi qurum işçilərinə qarşı pis davrandığı üçün maddi təzminat ödəmək zorunda qalmışdı.

Binyamin Netanyahu haqqındakı iddialar isə daha ciddidir. Siyasi qalmaqal ucbatndan keçid hökumət olaraq növbəti dəfə seçkiyə hazırlaşan B.Netanyahu daha ciddi iddiaların mərkəzində yer alır. İsrail ədalət naziri Netanyahu haqqındakı üç sənəd üzərindən ittiham ərizəsinin hazırlandığını dedi. B.Netanyahunun dekabr ayında ön məhkəməyə çıxa biləcəyini qeyd edir.

Əgər hökm dəqiqləşərsə, rüşvət ittihamından 10 il, rüşvət və vəzifədən sui-istifadə etməkdən 3 il cəza ala biləcəyi qeyd edilir.

Netanhayu isə haqqındakı bütün rüşvət iddialarını rədd edir və “siyasi bir ifritə ovu”na girişildiyini deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.