İrandan şok müharibə addımı: 10 gün içində…

17-06-2019, 20:06           
İrandan şok müharibə addımı: 10 gün içində…
İran nüvə anlaşmasına görə məhdudlaşdırdığı uranın zəngilləşdirilməsini 4 qat artıracaq.

Teref.az Publika.az-a istinadənxəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Behrouz Kamalvandi deyib.

Onun sözlərinə görə, uranın zənginləşdirilməsinə önümüzdəki 10 gün içində başlanacaq.

“27 iyundan etibarən nüvə anlaşması ilə məhdudlaşdırılan uranın zənginləşdirilməsinə başlanacaq və dördqat artırılacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ 2015-ci ildə P5+1 ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında imzalanan nüvə anlaşmasını tək tərəfli ləğv edəndən sonra Vaşinqton və Tehran arasında gərginlik artıb. ABŞ Körfəzə qoşun toplayır, İran isə uranın zənginləşdirilməsinə davam edir. ABŞ dövlət katibi Mayk Pompeo dünən bildirib ki, İranla müharibə variantı üzərində işləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru