Daha bir ölkə avroya keçmək istəyir

7-07-2019, 09:21           
Daha bir ölkə avroya keçmək istəyir
Xorvatiya avrozonaya daxil olmaq üçün rəsmi ərizə ilə müraciət edib.

“Politico” nəşri yazır ki, Xorvatiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı avrokomissar Valdis Dombrovskis və Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draqaya ərizə ünvanlayıblar.

Ərizədə bildirillir ki, ölkə gələn ilin yayına kimi Aİ-nin valyuta məzənnəsi mexanizmi (ERM-2) adlanan iki illik sınaq dövrünə daxil olmağı gözləyir. ERM-2 AMB-ni ölkənin pul-kredit və məzənnə siyasətinə görə məsuliyyətli edəcək.

Frankfurt və Brüssel hökumətə vahid valyutaya keçməyə də kömək edəcəklər.

Avrozonanın 19 ölkəsinin maliyyə nazirləri Xorvatiyanın ərizəsini Brüsseldə bazar ertəsi keçiriləcək görüşdə müzakirə edəcəklər. Avropa Mərkəzi Bankı və avrozona üzvləri “yaşıl işıq” verdikləri təqdirdə, Zaqreb 2023-cü ildən tez olmayaraq avronun tətbiqinə başlaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru