NASA alimləri Yer kürəsinin müdafiəsini gücləndirməyə çağırdılar

8-07-2019, 17:13           
NASA alimləri Yer kürəsinin müdafiəsini gücləndirməyə çağırdılar
Amerikalı mütəxəssislər elmi ictimaiyyəti planetimizin təhlükəli asteroidlərlə toqquşması ehtimalını real olaraq qiymətləndirməyə çağırıblar. Alimlər hesab edirlər ki, bəşəriyyət mənfi nəticələrdən qaçmaq üçün Yerin müdafiəsini gücləndirməlidir.

Teref.az yazır ki, TED.az xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar dünyanın alimləri Yer kürəsi üçün potensial təhlükəli olan asteroidləri aktiv şəkildə izləyirlər. Tədqiqatçılar, həqiqətən, planetimizin taleyi ilə əlaqədar narahatdırlar, buna görə də böyük asteroidlərin mövcud vəziyyətlərini mütəmadi olaraq qeyd edirlər. Bu yaxınlarda ABŞ-ın Milli Aeronavtika İdarəsindən və kosmik məkanın tədqiqatlarından olan amerikalı ekspertlər, alimlərin kosmosdan ehtimal olunan təhlükəni yetərincə qiymətləndirmədiklərini bildiriblər.



Onların fikrincə, bəşəriyyət öz planetini kosmik obyektlə toqquşmaya hazırlamalıdır. Yalnız belə olan halda Yer üzü sakinlərinin kütləvi məhvinin qarşısını almaq olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru