ABŞ Daxili İşlər Nazirliyi Meksika ilə sərhəddə hərbiçi sayının artmasını tələb edib

9-07-2019, 07:38           
ABŞ Daxili İşlər Nazirliyi Meksika ilə sərhəddə hərbiçi sayının artmasını tələb edib
ABŞ Daxili İşlər Nazirliyi Pentaqondan Meksika ilə sərhəddə yerləşən miqrantlar üçün müvəqqəti saxlama mərkəzləri təmin etmək üçün əlavə 1000 əsgər istəyib.

"Report" xəbər veriri ki, bu barədə CNN ABŞ-ın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, sərhəddə hərbiçi sayının artırılması ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətinə kömək etmək məqsədi daşıyır.

Qeyd edildiyi kimi, Texas qubernatoru Qreq Abbott artıq Milli Qvardiyanın heyətindən istifadə etməyə razılığını verib lakin Pentaqon hələ bu tələbi təsdiqləməyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp sərhədyanı ərazidə yerləşmə mərkəzlərdə olan miqrantların saxlanma şəraitindən narahat olduğunu söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru