ABŞ razılıq verdi: Tayvana 2 milyardlıq silah satılır

9-07-2019, 09:47           
ABŞ razılıq verdi: Tayvana 2 milyardlıq silah satılır
ABŞ Dövlət Departamenti Tayvana M1A2T Abrams tanklarının və Stinger səyyar zenit raket komplekslərinin satışına izn verib.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik və Müdafiə Sferası Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Tayvana veriləcək silahların 2 milyard dollarlıq dəyəri olduğu vurğulanıb.

Ümumilikdə Tayvanın ABŞ-dan 108 tank, 14 M88A1 zirehli təmir-evakuasiya maşınını, 300 pulemyot və digər şeylər istədiyi bildirilib. Bundan başqa Tayvana veriləcək Stingerlərin sayının 250 ədəd olacağı və bunun da ümumi dəyərinin 223 milyon dollar təşkil ediləcəyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru