Tramp "Twitter"də daha heç kimi bloklaya bilməyəcək

10-07-2019, 08:09           
Tramp "Twitter"də daha heç kimi bloklaya bilməyəcək
Nyu-York Apellyasiya məhkəməsi prezident Donald Trampın şəxsi "Twitter" səhifəsində öz ünvanına yazılan tənqidi sözlərə görə istifadəçiləri əngəlləməsinə qadağanı təmin edib.

APA-nın məlumatına görə, bu barədə “Fortune” nəşri yazıb.

Ötən ilin may ayında Nyu-Yorkun Manhetten rayonunun federal məhkəməsi bildirib ki, Donald Tramp öz "Twitter" səhifəsində bəzi istifadəçiləri əngəlləməklə söz azadlığını pozur və həmin istifadəçilərə yenidən səhifəyə daxil olmaq imkanının verilməsini tələb edib. Həmin vaxt hakim öz açıqlamasında Trampın bu addımı ilə söz azadlığına zəmanət verən ABŞ Konstitusiyasının birinci düzəlişinin pozulduğunu bildirib.

Ancaq sonradan ABŞ Ədliyyə Nazirliyi hakimin qərarına etiraz olaraq Nyu-York məhkəməsinə müraciət etmişdi.

“Birinci düzəliş sosial şəbəkədən istifadə edən ictimai vəzifəli şəxsə öz maraqlarına uyğun olaraq insanların bir qrupunu onlayn-dialoqdan məhrum etməyə icazə vermir”, - Nyu-York məhkəməsinin qərarında belə deyilir.

Qeyd edək ki, 2017-ci ildə Trampa qarşı məhkəmə iddiası ilə "Twitter" səhifəsində əngəllənmiş yeddi istifadəçi çıxış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru