İran TŞ: "Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır"

28-07-2019, 10:48           
İran TŞ: "Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır"
Fars körfəzində beynəlxalq gəmiçiliyin təhlükəsizliyin təmin olunması üzrə tədbirlər bütün region ölkələri tərəfindən sıx əməkdaşlıqda hazırlanmalıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Tehranda Omanın XİN rəhbəri Yusif bin Ələvi bin Abdullah ilə görüşü zamanı deyib.

Ə.Şamxani bildirib: "Əgər belə tədbirlər xarici dövlətlər tərəfindən hazırlanarsa, o zaman bu yalnız problemləri artıracaq".

Admiralın sözlərinə görə, İran öz qonşuları ilə qarşılıqlı anlaşma və dialoqun qurulması xəttinə qəti əməl edir: "Lakin bəzi region dövlətləri tələsik addımlar atıblar və böhranın idarə olunması imkanını ciddi təhlükə altına qoyublar".

Omanlı nazir öz növbəsində Fars körfəzi regionunun bütün ölkələrini təmkinli olmağa çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.