Prezidentin paylaşımı gündəm oldu

28-07-2019, 17:42           
Prezidentin paylaşımı gündəm oldu
Şimali Makedoniya prezidenti Stevo Pendarovskinin feysbuk hesabında paylaşdığı foto dünya gündəminə oturub.
Publika.az xəbər verir ki, görüntülərdə İsrailin Makedoniyadakı səfiri Dan Oryanın akrobatik istedadı əks olunub.

Prezident paylaşımına bu sözləri yazıb: “İsrail səfirinin başıüstə qalxdığı bu foto həm bir ilham qaynağı, həm də idman etməyin nə qədər əhəmiyyətli və komik olmasının sübutudur”.

Oryan, eyni zamanda, İsrail Xarici İşlər Nazirliyinin Balkan Ölkələri Komitəsinin direktorudur. O, gənc yaşlarında gimnastika ilə məşğul olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.