Suriyanın Hələb şəhərindəki döyüşlərdə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha bir generalı – komandir Hüseyn Fərdayi öldürülüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Fərdaiyi SEPAH-ın nəzdindəki əfqan polislərdən ibarət «Fatimiyyun» batalyonuna rəhbərlik edirdi.
Iranın «Tasnim» informasiya agentliyi əslən əfqan olan komandirin dünən həlak olduğu barədə məlumat yayıb. Fərdayi digər tanınmış batalyonların qurulmasında da yaxından iştirak etmişdi.
«Fatimiyyun»da 4500 polisin savaşdığı bildirilir. Bu ilin martında əfqan polislərinin daha bir lideri Əli Rza Təvəssüli də qətlə yetirilmişdi. İyunda isə «Fatimiyyun»un başqa bir komandiri Rza Xavəri öldürülümüşdü. İran mənbələrinin məlumatına görə, «Fatimiyyun» batalyonu Suriyadakı döyüşlərdə 100-dən artıq döyüşçü itirib.