Ruhani Zelenskidən üzr istədi

12-01-2020, 00:06           
Ruhani Zelenskidən üzr istədi
İran prezidenti Həsən Ruhani Vladimir Zelenski ilə telefon danışığı zamanı ondan üzr istəyib.

Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

İran prezidenti Həsən Ruhani İran tərəfi adından Ukrayna xalqına, Tehran yaxınlığında baş verən faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib və təyyarənin tərəflərindən vurulmasına görə üzr istəyib.

Məlumatda deyilir ki, telefon danışığı şənbə günü İran tərəfinin təşəbbüsü ilə Ruhani ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında baş tutub.

“İran İslam Respublikasının başçısı faciənin bu dövlətin hərbçilərinin səhv hərəkətləri nəticəsində baş verdiyini tamamilə etiraf edib” deyə məlumatda bildirilir.

Zelenski ilə söhbətində Ruhani qəzada rolu olan hər kəsin məsuliyyətə cəlb olunacağına əmin edib. Eyni zamanda, Ukraynanın ekspert qrupunun bu məsələdə daha səmərəli əməkdaşlıq üçün bütün lazımi dəstəyi alacağını vəd edib.\\oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru