Tehran Moskva ilə hərbi ittifaqdan çıxdı

12-12-2015, 22:35           
Tehran Moskva ilə hərbi ittifaqdan çıxdı
İran özünün Suriyadakı seçmə (elit) hərbi qüvvələrini – İslam İnqilabı Keşikçiləri Korpusunun hissələrini Rusiyanın başçılıq elədiyi hərbi birlikdən çıxıb. Musavat.com-un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

İki ay öncə ABŞ prezidenti Barak Obama Suriyada Rusiya-İran döyüş əməkdaşlığını “iki ölkənin koalisiyası” adlandırmışdı. İndi artıq bu koalisiya dağılır.

Tehranın Rusiya ilə hərbi ittifaqa son qoymasının səbəbi kimi İran qüvvələrinin Suriyada çox böyük itki verməsi göstərilir. Amerika kəşfiyyatında məlumat var ki, Hələb yaxınlığında İran ordusunun əfsanəsi sayılan general-mayor Kasem Süleymani yaralanıb, bəlkə də öldürülüb.
Agentlik hadisələrin bu cür dönüşünü “sürpriz” hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.