Böyük Britaniyada qasırğa səbəbindən aviareyslər təxirə salınıb

14-01-2020, 08:05           
Böyük Britaniyada qasırğa səbəbindən aviareyslər təxirə salınıb
Böyük Britaniyada baş verən “Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib, bərə xidmətləri sıradan çıxıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu səbəbdən Şimali İrlandiyada 5 min 400-ə yaxın ev elektrik enerjisiz qalıb, yollar bağlanıb və avtobus xidmətləri ləğv edilib.

Uelsdə elektrik xətləri üzərinə ağac düşməsindən sonra elektrik kəsilməsi nəticəsində bir məktəb bağlanıb.

Hidrometeorologiya Mərkəzindən belə hava şəraitinin 14 saatadək davam edəcəyi xəbərdarlığı olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru