“Ukraynanı ləğvi prosesi başlanıb” – Yuliya Timoşenko - Video

19-01-2020, 17:34           
“Ukraynanı ləğvi prosesi başlanıb” – Yuliya Timoşenko - Video
Ukraynanın müstəqillik dövrü itirildi və ölkənin ləğvi prosesi başlanıb...

Teref.az xəbər verir ki, bu barədə Ukranının «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko bəyan edib. Onunla müsahibə YuTube-da dərc olunub.

Timoşenko izah edib ki, müstəqillik əldə edəndən sonra Ukrayna xarici təsirlərə düşüb və «hər kəs istədiyi kimi istifadə edir» kimi bir obyektə çevrilib. «Batkivşina» lideri əlavə edib ki, Ukrayna etiraf etməlidir - müstəqillik dövrü itirilib. Onun sözlərinə görə, özünün vəzifəsi faklara, rəqəmlərə əsasən, izah etməkdən ibarətdir ki, indi Ukraynanın ləğvi prosesi başlanıb. “İndi mənim işim konkret faktlar, rəqəmlər əsasında Ukraynanın ləğvi prosesinin başlanmasını izah etməkdir. Əgər biz bu informasiyanı hər bir Ukrayna vətəndaşına çatdırmasaq və vaxt itirsək, sonra biz onu kompensasiya edə bilməyəcəyik”.

Bundan əvvəl Timoşenko bəyan etmişdi ki, hazırkı lider Vladimir Zelenski Ukraynanı yumor rejimində yaşamağa məcbur edir, nədən ki, o, «başqa dil anlamır və başa düşmür». (AzPolitika.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru