İŞİD-in beynəlmiləl tərkibi - SİYAHI
14-12-2015, 21:53
ABŞ-da təhlükəsizlik məsələləri üzrə məsləhət xidmətləri göstərən “Soufan Group” təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının milli tərkibi ilə bağlı araşdırma dərc edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Xarici döyüşçülər. Suriya və İraqa xarici döyüşçülərin axını barədə yeni informasiya” adlı hesabatda terror təşkilatının şəxsi heyətinin 86 ölkədən gələn 31 min döyüşçüdən ibarət olduğu bildirilir.
“Soufan Group” İŞİD-in sıralarında Yaxın Şərqdən 8240, Şimali Afrikadan 8000, Qərbi Avropadan 5000, Ruisiya və MDB ölkələrindən 4700, Cənub-Şrəqi Asiyadan 900, Balkan ölkələrindən 875 və Şimali Amerikadan 280 döyüşçününün olduğunu yazır. “Soufan Group”a görə, İŞİD sıralarındakı döyüşçülərin milli tərkibi belədir:
1. Tunis – 6 min nəfər
2. Səudiyyə Ərəbistanı – 2500
3. Rusiya – 2400
4. Türkiyə - 2100
5. İordaniya – 2000
6. Fransa – 1800
7. Liviya - 1200
8. Böyük Britaniya - 760
9. Almaniya - 750
10. Belçika - 470
Təşkilat Azərbaycan və Gürcüstandan da kifayət qədər döyüşçününü İŞİD-ə qoşulduğunu yazır.
İŞİD-in sıralarında xidmət edən qafqazlıların əkəsriyyəti şimal respublikalarından – Dağıstan və Çeçenistandandır. Azərbaycan və Gürcüstan isə Şimali Qafqaza nisbətən az olsa da, özülüyündə xeyli kontingentlə İŞİD-də təmsil olunur.