ABŞ-ın “Bank of America Merrill Lynch” (BofA) investisiya bankının ekspertlərinə görə, 1 dollar 168 rubl ola bilər.
Axar.az xəbər verir ki, ekspertlər böhran şəraitində Rusiya hökumətinin büdcə kəsirini azaltmaq üçün yerli valyutanın kəskin şəkildə ucuzlaşmasına gedəcəyini bildirirlər.
Neft 35 dollardan ucuz olarsa, “Bank Rossiya” büdcə kəsrinin ÜDM-in 3%-i ilə yerinə yetirilməsi üçün dolları 94 rubla qədər bahalaşdırmalıdır.
Əgər neft 30 dollardan ucuz olarsa, “BofA”ya görə, Rusiya büdcəsində kəsirin qarşısını almaq üçün dolların dəyəri 168 rubla qədər bahalaşmalıdır.
Qeyd edək ki, hazırda 1 dollar 71 rubla yaxınlaşır.