Hansı əmrlər əsassız və qanunsuzdur - Ekspert izahı
Bu gün, 10:14

Praktikada və eyni zamanda işçilərin - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına etdiyi müraciətlər də təsdiq edir ki, bir çox idarə və məsələlərdə İşəgötürənlər - İşçilərə qarşı AR-nın Əmək Məcəlləsinin tələblərinə əməl etmirlər, xüsusən də işçilərin: imtahan attestasiya, müsabiqə, müsahibə, test və ya biliklərin yoxlanılması və sair. Halbuki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən bu barədə veriinə bütün Əmrlərdə - konkret olaraq AR-nın Əmək Məcəlləsinin müvafiq madddəsi ilə bu əmək münasibətləri həyata keçirilməlidir.
İşçilərin: attestasiya, imtahan, müsabiqə, müsahibə, test, biliklərin yoxlanılması və sair proseslərdə keçirilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı bir maddəsinə əsaslanma yoxdusa, bu Əmr əsassız və qanunsuzdur. Bu Əmri və ya prosesi həyata keçirənlər isə məsuliyyət daşıyır.
Məsələn: İşçilərin attestasiyadan keçirilməsi və qaydaları barədə Əmrdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65, 66 və 67
-ci maddələrinə əsaslanan Əmr verilməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində olmayan terminlərdən də istifadə etmək qanunsuzdur, məsələn, *optimallaşdırma* kimi.
Bu barədə Əmrlər verilərkən və ya qərarlar qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3-cü maddəsinin tələblərinə əməl etmək lazımdır:
Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
Əks halda İşəgötürənlər və ya onların digər vəzifəli şəxsləri müvafiqməsuliyyət daşıyırlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan əsas və qaydada:
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF