İslam dünyası etiraz etdi: Səudiyyə Ərəbistanı Quranı dəyişdirib - FOTO

29-01-2020, 19:37           
İslam dünyası etiraz etdi: Səudiyyə Ərəbistanı Quranı dəyişdirib - FOTO
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Fəhd Akademiyasının nəşr etdiyi müqəddəs Qurani-Kərimin ibrani dilinə olan tərcüməsi etirazlara səbəb olub.

BAKU.WS "haber7" portalına istinadən xəbər verir ki, buna səbəb Qurani-Kərimin tərcüməsi zamanı 300 ayənin orijinalından fərqli təqdim edilməsidir.

"Mötədil İslam" adı ilə ölkədə bəzi dəyişikliklər həyata keçirən ər-Riyad rəhbərliyinin Quranın yazılarını dəyişdirmək cəhdi İslam ölkələrinin etirazı ilə qarşılanıb.
"Shebab" agentliyi yazır ki, İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) adı ibrani dilində olan kitabın nəşrindən çıxarılıb, əl-Əqsa məscidi isə "heykəl" sözü kimi təqdim edilib.

Kitabın tərcüməsi Əsəd Nəmr Basul adlı səudiyyəli alimə məxsusdur. Onun bu dəyişiklikləri kitabın yəhudilərin müqəddəs kitabı olan Tövratla eyniləşdirilməsi səbəbindən etdiyi diqqətdən yayınmayıb.

İsrail ilə yaxın əlaqələri olan Səudiyyə Ərəbistanı rəhbərliyinin Qurani-Kərimin tərcüməsinə etdiyi dəyişikliklərin rəsmi Təl-Əvivi məmnun etmək xarakteri daşıdığı iddia edilir.

Qeyd edək ki, müqəddəs kitab ətrafında yaranan qalmaqaldan sonra Kral Fəhd Akademiyası tərəfindən nəşr olunan Qurani-Kərimin ibrani dilinə tərcüməsi saytdan çıxarılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru