Qardaş ölkədə fövqəladə vəziyyət elan olundu

3-02-2020, 00:01           
Qardaş ölkədə fövqəladə vəziyyət elan olundu
Pakistanda səhra çəyirtkələrinin kütləvi yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub.
Teref.az xəbər verir ki, ölkə son 20 ilin ən böyük çəyirtkə “hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.

Pakistanın İnformasiya naziri Firdus Amik Avan deyib ki, zərərvericilərin çoxalması kənd təsərrüfatına böyük zərər vurur.

Xatırladaq ki, ötən il Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru