"Tencent"də koronavirusla bağlı dəhşətli məlumatlar paylaşıldı, dəqiqələr sonra silindi

6-02-2020, 19:04           
"Tencent"də koronavirusla bağlı dəhşətli məlumatlar paylaşıldı, dəqiqələr sonra silindi
Çinin ikinci ən böyük şirkəti "Tencent"in internet saytında koronavirusla bağlı dəhşətli məlumatlar yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Tencent"in internet saytında koronavirusla bağlı Çində ölənlərin sayı 24 min 589 nəfər olaraq göstərilib. Bu rəqəm isə rəsmi olaraq göstərilən ölü sayından 80 dəfə çoxdur. Bəhs edilən mənbədə koronavirusa yoluxan adamların sayı isə rəsmi rəqəmlərin 10 qatı, 154 min nəfər kimi qeyd edilib. Həmin məlumatlar bir neçə dəqiqə sonra saytdan silinərək əvəzinə Çin hökumətinin verdiyi rəsmi rəqəmlər yerləşdirilib. Çinin ikinci ən böyük şirkətinin rəsmi saytında nə üçün bu cür məlumatların qoyulduğu hələlik bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru