Xəyalət şəhərdən qorxunc kadrlar: gündə 100-dən çox adam ölür, polis yoluxanları qovur...

7-02-2020, 00:00           
Xəyalət şəhərdən qorxunc kadrlar: gündə 100-dən çox adam ölür, polis yoluxanları qovur...
Çində koronovirus epidemiyasının episentri olan Vuhan şəhərində dramatik vəziyyət hökm sürür.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, xəyalət şəhərə çevrilmiş Vuhanda virusa yoluxanların sayının həndəsi silsilə ilə artması nəticəsində xəstəxanalarda və karantin mərkəzləri dolub daşır. Polis və ordu dəstələri küçələrdə virus daşıyıcısı olmaqdan şübhələndikləri insanları həbs edir, onları zorla karantin mərkəzlərinə və xəstəxanalara aparır. Sosial şəbəkələrdə yayılmış kadrlara əsasən virusa yoluxduğu təxmin edilən şəxs xəstəxanadan qaçmağa çalışır, onun ardınca çoxsaylı polis və əsgərlər qaçır və tutub qollarını bağlayırlar. Digər kadrlarda supermarketlərdən birində maskasız gəzən qadın polislər tərəfindən həbs edilir və qolları qandallanır.

Şəhərdə hər gün 100-dən çox adamın virusdan öldüyü bildirilir, morqlar meyitlərlə dolub daşır. Morq işçiləri həftələrdir istirahətsiz işlədiklərini deyirlər, onlar ölənlərin meyitlərini daşıyarkən yoluxma riski ilə qarşılaşırlar.

Rəsmi məlumata görə Çində virusa yoluxanların sayı 30 mini keçib, ölənlərin sayı 600-a çatıb. Lakin əslində real rəqəmlərin bundan dəfələrlə çox olduğu bildirilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.