Şotlandiyanın maliyyə naziri 16 yaşlı uşaqla münasibətinə görə istefa verdi

7-02-2020, 00:15           
Şotlandiyanın maliyyə naziri 16 yaşlı uşaqla münasibətinə görə istefa verdi
Şotlandiyanın maliyyə naziri Derek Makkey KİV-də 16 yaşlı oğlanla yazışmasının fraqmentləri yayılandan sonra istefa verib.

“Report” “Scottish Sun”a istinadən xəbər verir ki, nazir hələ 2013-cü ildə homoseksual olduğunu etiraf edib və həyat yoldaşından boşanıb.

O, yarım il “Facebook”da yetkinlik yaşına çatmayan oğlanla yazışıb. Nazir gəncin ünvanına “əzizim” deyə müraciət edir, saçdüzümünü tərifləyir, yazışmanın gizli saxlanılmasını istəyir və görüşməyə dəvət edib.

D.Makkey fevralın 6-sı parlamentdə 2020-2021-ci illər üçün büdcə layihəsini təqdim etməli idi, lakin iclasa bir neçə saat qalmış istefasını elan edib.

“Mən hərəkətlərimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Mən özümü çox axmaqca aparmışam və buna görə peşmanam. Mən bu əhvalata qarışan şəxsdən və onun ailəsindən üzr istəyirəm. Mən dünən axşam baş nazirlə söhbət edib istefa verdim. Hökumətdə işləmək mənim üçün böyük şərəf idi. Həmkarlarımı və tərəfdarlarımı pis vəziyyətdə qoyduğum üçün peşmanam”, - D.Makkey bildirib.

Şotlandiyanın baş naziri Nikola Stercen nazirin istefasını qəbul etdiyini bildirib. Ondan parlamenti də tərk etməsi tələb olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.