Tramp qisasını belə alır - İxtisarlar başladı

12-02-2020, 07:52           
Tramp qisasını belə alır - İxtisarlar başladı
Donald Tramp impiçment proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə verən Ağ Evin bir sıra əməkdaşlarını vəzifəsindən kənarlaşdıracaq.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Yenidən işdən çıxarılan şəxslər olacaqmı” sualına Tramp “Əlbətdə!” - deyə cavab verib.

O, keçmiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindmanın işindən narazı olduğunu da etiraf edib:

“Xatırlayırsınızsa, o səhv məlumatlar verdi. Onu tamamilə fərqli bir yerə göndərdik və indi hərbçilər istədikləri kimi onunla rəftar edə bilərlər. Artıq general Marka (ABŞ-ın Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri) tabedir və general Milli təbrik edirəm”.

Ağ Evin yaydığı məlumata əsasən isə ABŞ Milli Təhlükəsizlik Şurasının yenidən qurulması və ştatların ixtisarı başa çatıb. Nəticədə Ağ Evin işçilərinin sayı 115-120 nəfər olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru