Trampın müşaviri: “Talibanla razılaşmaya yaxınıq”

12-02-2020, 07:53           
Trampın müşaviri: “Talibanla razılaşmaya yaxınıq”
ABŞ tezliklə radikal islamçı “Taliban” hərəkatı ilə razılığa gələ bilər.

“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert ОbrayenVaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

“Böyük irəliləyiş əldə olunub, düşünürəm ki, razılaşmaya yaxınlaşarıq. Fikrimcə, “Taliban” danışıqları davam etdirmək üçün müəyyən imkanlar tapacaq və nəticədə ciddi irəliləyişə nail olacağıq.

Yaxşı xəbərlər tezliklə açıqlana bilər. Bu zorakılığın azaldılması, Əfqanlararası danışıqları irəliyə aparmaq üçün vacibdir. Bir neçə gün və ya həftə gözləməliyik”.

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması perspektivləri barədə danışarkən Trampın köməkçisi bunun yaxın gələcəkdə baş verməyəcəyini açıq şəkildə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru