Rusiya ABŞ-ın siyasətini dəyişdi

16-12-2015, 23:59           
Rusiya ABŞ-ın siyasətini dəyişdi
ABŞ-ın əsas məqsədi Suriya Prezidenti Bəşər Əsədin vəzifədən kənarlaşdırılması deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Con Kerri deyib.

O bildirib ki, ABŞ və müttəffiqləri Suriyada hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı deyil:

“Heç kim diktator və terrorçular arasında seçim etmək məcburiyyətində qalmamalıdır. Rusiyada Əsəd haqqında müzakirə aparmadıq. Suriyanın gələcəyi ilə bağlı suriyalıların atacağı addımları və sülh prosesini müzakirə etdik”.

Rusiyanın “Kommersant” qəzeti isə qeyd edib ki, Kerrinin Rusiya səfəri ABŞ-ın Suriya ilə bağlı siyasətində dəyişikliyə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.