Avstraliyadakı fəlakətli yanğın nəzarət altiına alınıb - Mövsümün əvvəlindən bəri ilk dəfə

14-02-2020, 07:45           
Avstraliyadakı fəlakətli yanğın nəzarət altiına alınıb - Mövsümün əvvəlindən bəri ilk dəfə
Avstraliyanın Yeni Cənubi Uels ştatının ərazisində mövsümün əvvəlindən bəri ilk dəfə təbiət yanğınlarını lokallaşdırması mümkün olub.

Xatırladaq ki, məhz bu bölgə ötən ilin payızından təbii fəlakətin əsas zərbəsini öz üzərinə götürüb. Yanğınlardan sonra ölkənin bərpasına 100 il vaxt lazım gələcək.

Yerli yanğın xidməti «Tvitter»dən xəbər verib ki, yanğınlarla mübarizədə fövqəladə xidmətin əməkdaşları və yerli sakinlər böyük səy göstərib.

«Yanğınlar bu mövsümə qədər çox üzücü və həyacanlı olub. Mövsümdə ilk dəfə Yeni Cənubi Uels ştatında bütün meşə və çöl yanğınları lokallaqdırılıb» - deyə, xidmətdən bəyan ediblər.

Son məlumatlara görə, 27 nəfər insan və milyard başdan artıq vəhşi heyvan yanğnıların qurbanı olub. O cümlədən, planet üçün unikal sayılan koalanın populyasiyasının 30 faizi məhv olub.

Yanvarın ortalarında ekspertlər xəbər vermişdilər ki, Avstraliya ekosisteminin bərpası 100 ildən artıq vaxt tələb edəcək. Ölkədə mlyonlarla hektar sahə yanıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru