Çindən kənarda koronavirusa yoluxanların sayı 500-ü ötüb

14-02-2020, 07:54           
Çindən kənarda koronavirusa yoluxanların sayı 500-ü ötüb
Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 500 nəfəri keçib.

APA-nın xəbərinə görə, bu barədə Çinin “CGTN” dövlət televiziyası məlumat yayıb.

Qeyd edilib ki, təsdiqlənmiş 63 mindən çox virusa yoluxmanın 505-i Çinin xaricindədir.

“South China Morning Post” qəzetində dərc edilmiş xəbərə görə, yoluxanlardan 218-i “Diamond Princess kruiz” gəmisindəki virus daşıyıcıları da daxil olmaqla Yaponiyada qeydə alınıb. Sinqapurda 60, Tayland və Cənubi Koreyada isə təxminən 30 nəfər yoluxub.

Qərb ölkələrindən ən çox kornavirusa yoluxanlar Almaniyada 16, Avstraliyada 15, Fransada 11 nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru