ABŞ-dan sürpriz həmlə: F-35-lə bağlı kritik qərar

14-02-2020, 16:17           
ABŞ-dan sürpriz həmlə: F-35-lə bağlı kritik qərar
Pentaqon ABŞ Prezidenti Donald Trampın Meksika sərhədindəki divar inşası üçün dövlət büdcəsindən 3,8 milyard dollar vəsaitin ayrılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, F-35 proqramı daxil olmaqla müxtəlif silah proqramlarına ayrılan 3,8 milyard dollarlıq büdcənin ölkənin cənub sərhədində hörülən divar üçün transfer olunacağı bildirilir.

Donald Tramp ötən ilin fevralın 15-də Meksika sərhədinə divar hörülməsi məsələsi ilə əlaqədar elan edilən fövqəladə vəziyyətin davam edəcəyi barədə Konqresi məlumatlandırıb.

Məlumatda bildirilir ki, ABŞ-ın cənub sərhədindəki təhlükəsizlik və humanitar böhran ölkənin milli təhlükəsizliyini təhdid etməkdə davam edir.

Xatırladaq ki, ötən ilin əvvəlində ABŞ Nümayəndələr Palatasında qəbul edilən müvəqqəti büdcə qanun layihəsində Meksika ilə sərhəddə tikiləcək divar üçün 5.6 milyard dollar vəsait ayrılmış, Senat bu məbləği qəbul etmədiyi üçün Trampla Konqres arasında gərginlik yaşanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.