Kuba yaya qədər 30 milyon avrodan çox borcunu ödəmək niyyətindədir
15-02-2020, 08:50
Kuba hakimiyyəti may ayının sonuna qədər bir neçə ölkəyə olan 30 milyon avrodan çox gecikdirilmiş borclarını ödəməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Nazirinin müavini Rikardo Kabrisas bildirib.
R.Kabrisas deyib: "2019-cu il üçün Avstriya, Belçika, Böyük Britaniya, Yaponiya, Fransa və İspaniya qarşısında olan bütün borclarımızı bu ilin 31 may tarixinə qədər tədricən ödəmək niyyətindəyik."
Xatırladaq ki, Kuba 2019-cu ildə əsasən Avropa ölkələrinə olan 32-33 milyon avro məbləğində borcunu gecikdirib.