Almanlar Günəş yaratdılar
17-12-2015, 14:53
Almaniyada elm adamları sərhədsiz enerji mənbəyi olaraq görülən və Günəşdəki proseslərin bənzərini yaratmaq üçün atomları qaynaşdırmağı nəzərdə tutan nüvə birləşməsinin yaradılması məsələsində önəmli addım atdıqlarını qeyd ediblər.
Milli.Az xəbər verir ki, alman elm adamları 9 ildir davam edən və 1 milyard dollar dəyərində 'Stellarator' adını verdikləri proyekt ilə təcrübə apararaq super isidilmiş helium plazması yaradıblar.
Helium atomlarının mikrodalğa lazeri istifadə edərək isidildiyi 16 metr genişliyindəki qorunan ərazidə yer alan ilk plazma 1.8 Megavoltluq lazer şüası və 1 milliqramlıq helium qazından yaradılıb. Plazmanın varlığı isə saniyənin onda biri müddətində mövcud olub və istiliyi 1 milyard santiqrad dərəcəyə çatıb. İnstitut gələn il plazmanın müddətini uzadıb, bunu ən yaxşı şəkildə istehsal etməyin yollarını axtaracaq. Hədəf helium yerinə hidrogen qazından istifadə etməkdir.