Merkeldən Rusiyaya bəd xəbər - "Əlimizdən gələni edəcəyik"

17-12-2015, 15:59           
Merkeldən Rusiyaya bəd xəbər - "Əlimizdən gələni edəcəyik"
Almaniya kansleri Angela Merkel Ukrayna böhranı səbəbiylə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uzadılması üçün əllərindən gələni edəcəklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Brüsseldə keçiriləcək Avropa Birliyi zirvəsinədən əvvəl Bundestaqda çıxış edən Merkel Minsk razılaşmasına baxmayaraq Ukraynanın şərqində atəşkəs qərarına riayət edilmədiyi üçün Rusiyanı tənqid edib.

"Mən və xarici işlər nazirim həm Minsk razılaşmasını, həm də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılmasını dəstəkləyəcəyik."

Merkel çıxışı zamanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Krımı beynəlxalq hüquq normalarına zidd olaraq işğal etməsi səbəbiylə onsuz da ləğv olunmasının müzakirə mövzusu olmadığını söyləyib.

Kansler bundan başqa Suriya böhranına da toxunub. O Əsədin uzunmüddətli həll prosesinin bir parçası olma bilməyəcəyini söyləyib.

"Suriyada mühüm olan müharibənin Əsədsiz sona çatmasıdır. Suriyada insanların çoxu Əsəddən və onun bombalarından qaçır. Əsədin uzunmüddətli həll prosesinin bir parçası olma bilməz.''












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.