İtaliyanın ədliyyə naziri Andrea Orlandoya İŞİD-dən təhdid məktubu gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məktubun olduğu zərfdə Kalaşnikov avtomatının iki gülləsi də olub. Ərəbcə yazılan məktub Ədliyyə Nazirliyinin dəftərxanasından tapılıb.
Məktubda İŞİD-çilər naziri öldürməklə hədələyiblər: «Biz Romaya daxil olan kimi sənin başını kəsəcəyik».
Fakt üzrə İtaliya prokurorluğunda cinayət işi başladılıb, təhqiqat gedir.
Xatırladaq ki, bir ay əvvəl ABŞ Dövlət Departament İtaliya hökumətinə ölkədə terror aktının ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Departamentdən bildirmişdilər ki, İtaliyada – əhalinin sıx olduğu yerlərdə terakt ola bilər. İtaliyanın «La Skala» opera zalı, Müqəddəs Pyotr meydanı kimi, görkəmli yerləri də təhlükə zonasına daxil edilmişdi. Xəbərdarlıqda terrorçuların İtaliyadakı amerikalı turistləri hədəf ala biləcəyi də qeyd olunmuşdu.