Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar

26-02-2020, 01:14           
Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar
Tehranda polisin keçirdiyi əməliyyat nəticəsində minlərlə tibbi maska aşkar edilib.

Publika.az İrna agentliyinə istinadən xəbər verir ki, bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirərək, sonrakı günlər üçün baha satmaq niyyətində olublar. Axtarışlar zamanı polis 5,5 milyondan çox tibbi maska aşkar edib. Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb. 3 fabrik bağlanıb.

Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə, tibbi maskalara böyük ehtiyac yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru