ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
26-02-2020, 02:20
ABŞ Çin, İraq, Rusiya və Türkiyədən olan 13 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Dövlət Katibi Maykl Pompeo bildirib.
Onun sözlərinə görə, sanksiyalar İrana qarşı kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı ABŞ-ın qanununa əməl edilmədiyinə görə tətbiq edilib:
"ABŞ, Çin, İraq, Rusiya və Türkiyədən olan 13 xarici fiziki və hüquqi şəxsə İran, Şimali Koreya və Suriyaya qarşı Yayılmamaq Qanununa uyğun olaraq sanksiya tətbiq edir. Bu tədbirlərə İranın raket proqramını dəstəklədiyi üçün Çin və Türkiyədəki beş şirkət və şəxsə qarşı yeni sanksiyalar daxildir".