Bəşəriyyətin tamamilə məhv olması ilə bağlı həqiqət üzə çıxdı

27-02-2020, 09:45           
Bəşəriyyətin tamamilə məhv olması ilə bağlı həqiqət üzə çıxdı
Almaniyadakı Maks Plank Təbiət Tarixi İnstitutunun alimləri Hindistandakı qədim insanların 74 min il əvvəl Toba supervulkanının püskürməsindən sağ çıxdıqlarını aşkar edib. Beləliklə həmin fəlakətin bəşəriyyətin demək olar ki, tamamilə məhv olmasına səbəb olması ilə bağlı fikir təkzib edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, geniş yayılmış fəlakət haqqında həqiqəti ortaya çıxaran araşdırma “Phys.org” saytında yayımlanıb.

Tədqiqatçılar Hindistanın şimalındakı Dhab ərazisində 80 min illik yataqları araşdırıb. İndoneziyada fəlakətli püskürmədən əvvəl və sonra Paleolit dövrünə aid, müasir insanın mövcudluğunu sübut edən daş alətlər tapılıb.

Qeyd edək ki, Sumatra adasındakı Toba supervulkanı 6-10 il püskürməni davam etdirərək "vulkanik qış"ın başlanğıcını qoyub. Və min illər boyu iqlimin soyumasına öz töhfəsini verib. Alimlər fəlakətin Homo sapiensin demək olar ki, tamamilə yox olmasına səbəb olduğunu irəli sürürdü. Eyni zamanda 60 min il əvvəl Afrikada sağ qalan populyasiyaların Asiyaya köç etdiyi iddia edilirdi.

Lakin yeni nəticələr göstərib ki, superpartlayış əvvəllər düşünüldüyü kimi fəlakətli olmayıb. Hindistanda məskunlaşan insanlar fəlakətdən sağ çıxaraq alətlər yaratmağa davam edib. Yeni arxeoloji dəlillər insanların 60 min il əvvəl Afrikadan köçərək Avrasiyaya yayıldığını təsdiqləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.