Əsəd ələ saldı - "Çemodanımı yığmışdım, gedirdim"

18-12-2015, 16:31           
Əsəd ələ saldı - "Çemodanımı yığmışdım, gedirdim"
"Suriya probleminin həllinin açarı iki ölkədədir. Bunlar Türkiyə və Səudiyyə Ərəbistanıdır". ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Hollandiya televiziyasına müsahibəsində deyib.

Əsəd ona nə edəcəyini məsləhət görən qərb liderlərini də məsxərəyə qoyub.

NPO2-yə danışan Əsəd qərbin Suriya ictimaiyyətini yanlış yönlədirməyə, əsl problemin prezidentdə olduğuna və onun getməli olduğuna inandırmağa çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, Türkiyədən terrorçulara pul, silah axışı dayandırmalıdır. "Səudiyyə Ərəbistanı da digər bir açar ölkədir". Suriya lideri deyib ki, əgər bəzi ölkələr xarici terrorist axışını və lojistik dəstəyi kəssələr böhran 1 ildən qısa zamanda bitəcək. B.Əsəd deyib ki, Suriyaya dəstək verən ilk ölkə - Rusiya və İrandan başqa heç kim bu ölkədəki böhranın siyasi yollarla həll etməyə hazır deyil.

Bundan başqa o, ABŞ dövlət katibi Con Kerrinin "Əsəd dərhal getməyə bilər. Məqsədimiz rejimin dəyişməsi deyil" sözlərinə, Fransanın mövqeyini dəyişməsinə lağlağa edib. "Belə dedikləri üçün təşəkkür edirəm. Çemodanımı toplamışdım, ölkədən ayrılmağa məcbur idim. Amma icazə verdikləri üçün qala bilərəm. Onların nə dediklərini heç zaman önəm verməmişik. 4 ildir eyni şeyi deyirlər. Dəyişən nə isə oldu? Yox. İndi bir suriyalı durub desə ki, "Olland vəzifəsindən uzaqlaşdırlmalıdır" fransızlar bunu qəbul edər?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.