Rusiyanın Maqadan vilayətində 54 dərəcə şaxta qeydə alınıb. APA-nın Rusiya bürosunun məlumata görə, kritik şaxtalı hava Maqadan vilayətinin bir neçə rayonunda müşahidə olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, havanın temperaturunun kəskin soyuması dekabrın 16-dan başlayıb. Orta məktəblərdə dərslər təxirə salınıb. Vilayətin bir sıra rayonları ilə rabitə əlaqəsi kəsilib. Yolları qardan təmizləyən texnika isə sıradan çıxıb.
Sinoptiklərin məlumatına görə, yaxın günlərdə temperaturun -60 dərəcəyə düşəcəyi gözlənilir.