Rusiya və Ukrayna arasında gərginlik yenidən artdı

19-12-2015, 09:11           
Rusiya və Ukrayna arasında gərginlik yenidən artdı
Ukrayna hökuməti Rusiyaya olan üç milyard dollarlıq kredit borcunu ödəməyəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna mediasının verdiyi xəbərlərdə qeyd olunur ki, Ukraynanın baş naziri Yatsenyuk bu məsələni məhkəməyə çıxartmağa hazır olduqlarını bildirib.

Onun sözlərinə görə, Ukraynanın Nazirlər Kabineti Rusiyaya olan üç milyard dollar kredit borcu ilə bağlı moratorium elan edib.

"Hökumət bu məsələ ilə bağlı moratorium elan edib. Rusiya Federasiyası ilə müqavilənin təzələnməsinə dəfələrlə cəhd göstərsək də, bizim təklifimizi qəbul etmədilər. Rusiyaya olan borcumuz 3 milyard 582 milyon dollar olaraq qalır', Arseni Yatsenyuk bildirib.

Ukraynanın Nazirlər Kabineti Rusiya banklarına olan 507 milyon dollarlıq borcun da bura daxil olduğunu bildirib.

Məsələyə Rusiyanın reaksiyası özünü çox gözlətməyib. Rusiya Düvlət Duması Ukrayna hükumətinə etirazlarını bildirib. Ukraynalılar bu hərəkətinə görə oğru və dilənçi adlandıranlar da olub.

“Ukrayna ancaq almağı bilir. Hökumət dilənçidir, asılı hökumətdir. Ukrayna Avropanın boynundan yük kimi asılıb, hamı onu bəsləməlidir. Bu, belə davam etməyəcək”, deyə rusiyalı deputat Vladimir Jirnovski qeyd edib.

Rusiya Krımı birləşdirdikdən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Kiyev və Qərb Rusiyanı ölkənin şərq hissəsində separatçıları dəstəkləməkdə ittiham edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.