İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlandı

5-03-2020, 00:01           
İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlandı
İtaliyada koronavirusla əlaqədar ölkədə bütün məktəb və universitetlərdə tətil elan edilib. “Bloomberg” xəbər verir ki, tətil martın ortasınadək davam edəcək.

Qeyd edək ki, İtaliyada indiyədək 2 502 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 79-u ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 244-ə çatıb. Bunların 51 193 nəfəri sağalıb, 3 220 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru