Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 20-də Moskvaya işgüzar səfər edəcək.
teref.az Report-a istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Serj Sarqsyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyalarında iştirak edəcək. Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olub.