BMT-nin sabiq baş katibi vəfat etdi

5-03-2020, 08:15           
BMT-nin sabiq baş katibi vəfat etdi
Perulu diplomat, Birləşmiş Millətlər Təşkilatının (BMT) sabiq baş katibi Havyer Peres de Kuelyar dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Perunun RPP radiostansiyası diplomatın oğluna istinadən məlumat yayıb.

Qeyd edilir ki, o, öz evində vəfat edib. Xavyer Peres de Kuelyar 100 yaşında ölüb.

Xatırladaq ki, o, 1982-1991-ci illərdə Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsində çalışıb. BMT-nin indiyədək 9 baş katibi olub. Havyer Peres de Kuelyar təşkilatın 5-ci rəhbəri idi.

BMT 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hazırda 190-dan çox ölkə təşkilatın üzvüdür. Təşkilatın qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib.

Azərbaycan Respublikası 1992-ci ilin martından BMT-nin üzvüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.