Sərhəddə İNSANLIQ DRAMI: polis odlu silahla atəş açır, avtobuslar yandırılır... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

5-03-2020, 10:52           
Sərhəddə İNSANLIQ DRAMI: polis odlu silahla atəş açır, avtobuslar yandırılır... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
İnsan Haqları Müşahidə Təşkilatı (HRW) Avropa İttifaqına çağırış edib.

Publika.az xəbər verir ki, Türkiyə-Yunanıstan sərhədində yaşanan humanitar fəlakətlə bağlı müraciət yayan təşkilat Avropaya keçmək istəyən suriyalı, iranlı və əfqan miqrantlara insan qüruruna uyğun şəkildə davranmalarını istəyib.

Yunanıstan hökumətinin sığınacaq müraciətlərini 1 ay müddətinə qəbul etməmə qərarının qanuni əsası və ya səbəbi olmadığı vurğulanan açıqlamada son günlərdə ölkəyə qanunsuz keçənlərin həbs edildiyi də bildirilib.

Qeyd olunub ki, yunan polisi və sahil təhlükəsizlik xidməti Midilli adasındakı yardım qurumlarının işçilərinə, jurnalistlərə və miqrantlara qarşı zorakılıq törədir. Bəzi mafiyalar miqrantların adalara çıxmasını əngəlləyir, qayıqları batırır, avtobusları yandırır.

Təşkilat Avropa İttifaqını Yunanıstan hökumətinə qarşı qanuni tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Türkiyə Suriyanın İdlib şəhərində hərəkata başladıqdan sonra Avropa qapılarını miqrantların üzünə açmışdı. Meriç çayı vasitəsilə Yunan adalarına keçmək istəyən miqrantlar güc strukturlarının şiddətli təzyiqi ilə üz-üzə qalıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru