Amerikadan Cinə reverans - Senat qətnaməni qəbul etdi
20-12-2015, 19:07
ABŞ dövlət senatı Çinin Beynəlxaql Valyuta Fondunun idarəçiliyindəki rolunu artıran, çoxdan gözlənilən qətnaməni qəbul edib.
ANS PRESS-in məlumatına görə, dünyanın nəhəng iqtisadiyyatına çevrilmiş Çinin Fonddakı səsvermə hüququ 3.8 faizdən 6 faizə qaldırılıb.
Beynəlxalq Valyuta Fondu ölkələrin kvotalar şəklində etdiyi ödənişlər sayəsində maliyyələşdiyindən, daha çox pul ayıran üzv dövlətlər daha idarəçilikdə daha geniş səsvermə hüquqlarına malik olur.
Bu 2-ci dünya müharibəsindən sonra qlobal iqtisadiyyatı tənzimləmək məqsədilə Beynəlxalq Valyuta Fondu və Ümumdünya Səhiyyə bankının yaradıldığı vaxtdan bəri ilk belə islahatlardır.
Valyuta fonundun islahatlar r hələ 2010-cu ildə qlobal maliyyə böhranı dövründə razılaşdırılıb. Eyni zamanda dünənki qərarlar Hindistanın səsvermə hüququ 2.3 faizdən 2.6 faizə qaldırılıb.
Avropa iqtisadiyyatları isə bu islahatlardan qazanmaq əvəzinə itirib. Əksər Avropa ölkələrinin səsvermə hüquqları azalıb.